...

Hüquq müdafiəçiləri daxili işlər naziri ilə görüşüb

Cəmiyyət Materials 12 İyul 2006 16:41 (UTC +04:00)

İyulun 12-də hüquq müdafiəçiləri Murad və Rəna Sadəddinovlar daxili işlər naziri Ramil Usubovla görüşüblər. Trend xəbər verir ki, görüşdə ölkədə insan haqlarının vəziyyəti ilə bağlı məsələlər müzakirə olunub.

Nazir "Bizim yol" qəzetinin baş redaktoru Bahəddin Həziyevin oğurlanaraq döyülməsi faktı üzrə istintaqın gedişi ilə bağlı hüquq müdafiəçilərinə məlumat verib. R.Usubov bildirib ki, rəhbərlik etdiyi Daxili İşlər Nazirliyi bu cinayətin açılmasında maraqlıdır. Jurnalsit Sakit Zahidovun həbsinə gəlincə isə R.Usubov bu işlə məşğul olacağını da söyləyib.

Görüşdə paytaxt küçələrində axşamlar beton maşınlarının hərəkəti zamanı yollara düşən beton parçalarının bərkiyərək piyadalara və digər avtomobillərə maneələr yaratdığı da müzakirə olunub. Nazir bu məsələni də diqqətdə saxlayacağını bildirib.

Xəbər lenti

Xəbər lenti