...

"Qarabağ" UEFA Kubokunun 1-ci raundu çərçivəsində "Zimbru" ilə səfərdə heç-heçə oynayıb

Cəmiyyət Materials 14 İyul 2006 11:03 (UTC +04:00)

"Qarabağ" UEFA Kubokunun 1-ci raundu çərçivəsində Kişinyovda "Zimbru" ilə səfər oyununda heç-heçə oynayıb.

Trend in xəbər verdiyi kimi, əsas hadisələr ikinci taymda baş verib. 71-ci dəqiqədə forvard Samir Musayev türkiyəli yarımmüdafiəçi Hakan Dəmirin ötürməsindən sonra qol vurub. Ancaq bu, uzun sürməyib. Belə ki, 6 dəqiqədən sonra Petrosyan cərimə zərbəsi ilə hesabı (1:1) bərabərləşdirib. Görüşün sonunda qapıçı Cahangir Həsənzadə vaxtı uzatdığına görə sarı vərəqə alıb. Ancaq komanda onu qane edən hesabı qoruya bilib.

Turnir cədvəlində irəli getmək üçün "Qarabağ"a iki həftədən sonra "Şəfa" stadionunda keçiriləcək cavab qarşılaşmasını heçə-heçə başa vurmaq kifayətdir.

Xəbər lenti

Xəbər lenti