...

"Sioni" komandasına qarşı cavab oyununda qolun tez vurulacağına ümid edirik

Cəmiyyət Materials 18 İyul 2006 13:56 (UTC +04:00)

""Sioni" komandasına qarşı cavab oyununda qolun tez vurulacağına ümid edirik". Bu barədə Trend ə iyulun 18-də Bakıda T.Bəhramov adına Respublika stadionunda keçiriləcək Çempionlar liqasının ilk ixtisas raundu çərçivəsində komandaların təkrar görüşü ərəfəsində "Bakı" klubunun aparıcı yarımmüdafiəçisi Ceyhun Sultanov bildirib.

Komanda liderinin sözlərinə görə, Azərbaycan çempionu oyununa və tərkibinə görə rəqibindən üstündür və Gürcüstandakı görüşdən sonra iki qol çatışmazlığını aradan qaldırmağa çalışacaq. "Bizdə elə əhval-ruhiyyə var ki, elə bil Avropa kubokunun finalına hazırlaşırıq. Cavab qarşılaşmasında ortaya çox şey qoyulub və biz növbəti mərhələyə keçəcəyimizə əminik", - deyə C.Sultanov qeyd edib.

Xatırladaq ki, meydan sahibləri idman yarışlarından kənar edilmiş müdafiəçi Vüqar Quliyevin və yarımmüdafiəçi Ramazan Abbasovun xidmətlərindən istifadə edə bilməyəcək.

Xəbər lenti

Xəbər lenti