...

Magistraturalara qəbul imtahanlarının nəticələri bir neçə gündən sonra məlum olacaq

Cəmiyyət Materials 24 İyul 2006 11:19 (UTC +04:00)

Azərbaycanın ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanlarının nəticələri bir neçə gündən sonra məlum olacaq. Bu barədə Trend ə TQDK-dan məlumat verilib.

2006-2007-ci tədris ilində Azərbaycanın ali məktəblərinin magistraturalarına qəbul imtahanları iyulun 23-də keçirilib. Bu il magistraturalara plan üzrə ayrılmış 4360 yerə 10795 ərizə verilib (ötən il ərizələrin sayı 10469 olub). Ərizələrin 8502-si (ötən il - 8286) Azərbaycan, 2293-ü (ötən il - 2179) -rus sektorunun məzunları tərəfindən verilib.

1791 nəfər ərizə sahibi ali məktəbi fərqlənmə diplomu ilə bitirib. Onların 1022 nəfəri 2006-cı ilin məzunlarıdır. İmtahanda 4705 nəfər oğlan, 6090 nəfər qız iştirak edib. 2002-ci ildə ali məktəbə daxil olmuş 18640 nəfərin 4926-sı magistraturaya ərizə verib. Onların 1717-si oğlan, 3209-u qızlardır.

Xəbər lenti

Xəbər lenti