...

Hacı Məmmədovun məhkəməsi iyulun 31-ə qədər təxirə salınıb

Cəmiyyət Materials 27 İyul 2006 12:28 (UTC +04:00)

27 iyul DİN Baş Cinayət Axtarış İdarəsinin sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədovun və onun dəstəsinin növbəti məhkəmə iclasında hakim Əli Seyfəliev prosesin iyulun 31-ə kimi taxirə salındığını bildirdi. Trend xəbər verir ki, hakim bunun səbəbini təqsirləndirilən şəxs N. Qulievanın ötən prossesdə öz vəkilindən imtina etdikdən sonra hələ də yeni vəkilinin məhkəmədə iştirak etməməsi ilə əlaqələndirib.

Qeyd edək ki H.Məmmədov və bu dəstənin digər 25 üzvü serial adam oğurluqlarında, qətllərdə və digər ağır cinayətlərdə təksirləndirilir. Növbəti məhkəmə iclası H. Məmmədovun ifadəsi ilə davam etdiriləcək.

Xəbər lenti

Xəbər lenti