...

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Türkiyədə Abant turizm zonası ilə tanış olub

Cəmiyyət Materials 27 İyul 2006 18:35 (UTC +04:00)
Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Türkiyədə Abant turizm zonası ilə tanış olub

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov cümə axşamı Türkiyənin Bolu vilayətindəki Abant turizm zonasına baş çəkib. Trend Türkiyə KİV-nə istinadən xəbər verir ki, H. Bağırov Türkiyənin ətraf mühit və meşə naziri Osman Pepe ilə Bolu vilayətinə səfər edəcək.

Nazirlər turistlərin yüksək axın amilini nəzərə alaraq ətraf mühitin mühafizəsi imkanlarını müzakirə edib.

Qeyd edək ki, Abant gölü Bolu şəhərindən 34 km cənub-qərbdə yerləşir. Sahəsi 1,28 km olan şirin göl 1328 metr hündürlükdə yerləşir. Gölün ən dərin hissəsi 18 metr təşkil edir.

Xəbər lenti

Xəbər lenti