Azərbaycan yığmasında vətəndaşlıq hüququ verilmiş legionerlər olmayacaq. Bu barədə Trend ə futbol üzrə milli komandanın baş məşqçisi Şahin Diniyev bildirib. AFFA qərar verib ki, ölkə çempionatında iki il oynamış əcnəbilərin hüququ yerli oyunçuların hüququ ilə eyni olacaq.
Məşqçinin sözlərinə görə, o, yalnız Azərbaycan futbolçularına arxalanmaq niyyətindədir, həm də bəzi aparıcı oyunçuların klubun əsas heyətində sabit yerləri yoxdur. "Yeni nəsil futbolçular tərbiyələndirmək lazımdır və yığmada legionerlərin xidmətlərindən istifadə etmək lazım deyil. Əks halda, biz yalnız özümüzə xələl yetirəcəyik. Və mənim kollektivin başında durduğum ilk gündən müəyyən etdiyim strategiyam dəyişməz qalacaq", - deyə Ş.Diniyev qeyd edib.