...

Azərbaycanın dama yığması Avropa birinciliyində çıxışa başlayır

Cəmiyyət Materials 2 Avqust 2006 11:28 (UTC +04:00)

Azərbaycanın dama yığması avqustun 1-də Tallində başlamış yeniyetmələr və gənclər arasında Avropa birinciliyində iştirak edir.

Komandanın tərkibinə Elşən Zeynalov, Ramil Salahov və Famil Kamilli daxildir. Onlar yarışda Milli Federasiyanın vitse-prezidenti və eyni zamanda kollektivin məşqçisi İbrahim İsmayılovun rəhbərliyi altında çıxış edəcək. Öz güclərini müxtəlif yaş kateqoriyalarında sınayacaq yeniyetmə damaçılarımız mükafat uğrunda mübarizə aparamaq niyyətindədir. Bununla belə, mübarizə kifayət qədər gərgin keçəcək. Damaçılarımızın əsas rəqiblərinin adətən belə yarışlarda gözəl oyun nümayiş etdirən Rusiya nümayəndələrinin olacağı gözlənilir.

Qeyd etmək lazımdır ki, gənclərin Köhnə Dünya çempionatı avuqustun 7-dək davam edəcək.

Xəbər lenti

Xəbər lenti