...

Azərbaycanlı cüdoçular Türkiyədən 12 medal gətirib

Cəmiyyət Materials 4 Avqust 2006 14:53 (UTC +04:00)

Azərbaycanın cüdo komandası Türkiyədə yeniyetmələr arasında keçirilən beynəlxalq turnirdə 6 qızıl, 4 gümüş və 2 bürünc medal qazanıb.

Trend ə verilən məlumata görə, Məhərrəm Məlikzadə (34 kq), İmran Əliyev (38 kq), Əli Rzayev (42 kq), Rüstəm Orucov (50 kq), Nurlan Əliyev (55 kq) və Əli İsgəndərov (60 kq) gözəl oyun nümayiş etdirərək fəxri kürsünün ən yüksək zirvəsinə qalxıb. Rasim Alməmmədov (30 kq), Eldar Qasımov (73 kq), Ülviyyə Vəliyeva (40 kq) və Ziba Baxşıyeva (52 kq) 2-ci, Nurcin Məlikov (60 kq) və Şahin Məmmədov (73 kq) isə 3-cü yerdə qərarlaşıb.

Maraqlıdır ki, yarışın gedişində komandaya fərdi proqram üzrə məşq edən üçqat Avropa çempionu Elçin İsmayılov da qoşulub.

Xəbər lenti

Xəbər lenti