...

Azərbaycan voleybolçuları ilk yoxlama matçında Qazaxıstan yığmasını məğlub edib

Cəmiyyət Materials 7 Avqust 2006 14:38 (UTC +04:00)

Azərbaycanın qadınlardan ibarət yığması Qubada keçirilmiş yoxlama matçında Qazaxıstan komandasını 3-1 hesabı ilə məğlub edib.

Milli Federasiyadan Trend ə verilən məlumata əsasən, oyun qələbə qazanmış meydan sahiblərinin üstünlyü ilə keçib. Faiq Qarayevin oyunçuları bu yarışla Qubadakı məşqlərə son qoyaraq Bakıya yola düşür. Burada onlar bir sıra yoldaşlıq matçları keçirəcək. Ehtimallara görə, rəqiblər daha iki-üç oyun keçirəcək. Bundan sonra Azərbaycan voleybolçuları Qran-Pri yarışının ilk seçmə turnirində iştirak etmək üçün Honkonqa yola düşəcək.

Komandanın tərkibində veteranlar Yelena Şabovta və İnessa Qorxmaz oynayacaq ki, məşqçilər bu idmançılara böyük ümid bəsləyir.

Xəbər lenti

Xəbər lenti