Azərbaycanlı qrossmeyster Teymur Rəcəbov Mayntsda təşkil olunmuş festival çərçivəsində keçirilən sürətli şahmat üzrə dünya çempionu adı uğrunda Vişvanatan Ananda qarşı oyuna uğurla başlayıb.
Trend in xəbər verdiyi kimi, birinci partiyada qalib müəyyən edilməyib, ikinci görüşdə isə şahmatçımız kontr-oyunda rəqibini cəzalandıraraq qələbə əldə edə bilib. Beləliklə, ilk oyun günündən sonra hesab qələbəyə yaxşı şansı olan Teymurun xeyrinə 1,5:0,5 olub. Ancaq o, yaxın 3 gün ərzində 6 partiyanı da uğurla oynamalıdır.
Xatırladaq ki, T.Rəcəbov ötən il Mayntsda sürətli şahmat turnirində qələbə qazanaraq məşhur hindistanlı ilə oynamaq hüququ əldə edib. Bundan başqa, o, V.Anandı bir neçə il bundan əvvəl Dortmund turnirində də məğlub etmişdi.