...

Borçalı türklərinin problemləri ilə bağlı Gürcüstan dövlətinə müraciət ediləcək

Cəmiyyət Materials 21 Avqust 2006 14:15 (UTC +04:00)

Borçalı türklərinin Hüquqlarının Müdafiəsi Komitəsinin toplantısı keçirilib. Bu barədə Trend ə Müdafiə Komitəsindən məlumat verilib.

Toplantıda Gürcüstanda, öz tarixi yurdlarında yaşayan Borçalı türklərinin, eləcə də əslən Borçalıdan olub müxtəlif ölkələrdə yaşayan soydaşlarımızın hazırki durumu, problemləri və onların həlli yolları barədə müzakirələr aparılıb. Komitəyə ünvanlanan bəzi fərdi müraciətlər müzakirə edilərək tədbir görülməsi üçün müvafiq məsul şəxslərə tapşırıqlar verilib.

Gürcüstanda yaşayan soydaşlarımızın ağır sosial-iqtisadi durumu, üzləşdikləri haqsızlıqlar, 30 azərbaycanlının qətlə yetirilməsi, yüzlərlə günahsız insanın haqsız yerə həbs olunması, diskriminasiyaya məruz qalması, deportasiya edilərək Gürcüstandan kənarda yaşamağa məcbur olması ilə bağlı Gürcüstan dövlətinə Müdafiə Komitəsi adından müraciət hazırlamaq qərara alınıb.

Xəbər lenti

Xəbər lenti