...

Türkiyə və Azərbaycanın qadınlardan ibarət voleybol yığması iki yoldaşlıq görüşü keçirəcək

Cəmiyyət Materials 22 Sentyabr 2006 10:22 (UTC +04:00)

Türkiyənin qadınlardan ibarət voleybol yığması Azərbaycanın qadın voleybolçuları ilə iki yoldaşlıq görüşü keçirəcək. Trend Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, görüşlər sentyabrın 21 və 22-də İstanbulda olacaq.

Sonra (24 sentyabr) Türkiyənin qadın voleybolçuları sentyabrın 27-dən oktyabrın 1-nə qədər Polşada keçiriləcək Avropa "Grand Prix" seçmə oyunlarında iştirak etmək üçün Varnaya yola düşəcəklər.

Xəbər lenti

Xəbər lenti