...

Azərbaycanlı konkisürən Daniil Privalov Taypeydə Qran-Prinin ilk onluğuna düşüb

Cəmiyyət Materials 16 Oktyabr 2006 13:08 (UTC +04:00)

Azərbaycanlı fiqurçu Daniil Privalov Taypeydə yeniyetmələr arasında başa çatmış nüfuzlu Qran-Pri yarışmasının yekunlarına görə ilk onluğa düşüb.

Trend in xəbər verdiyi kimi, məcburi proqramdan sonra idmançı 11-ci mövqedə qərarlaşmışdı. Ancaq sərbəst rəqsi daha yaxşı icra etməklə o, öz göstəricisini yaxşılaşdıra bilib. Turnir cədvəlində idmançı kanadalı Endrü Lumu, fransız Aleksandr Braykonu, meksikalı Migel Anhel Moyronu və digər iştirakçıları qabaqlayıb. Qələbəni isə ABŞ nümayəndəsi Brendon Mroz qeyd edib.

Qızlar arasında tək konki sürmə üzrə isə Emma Hacıyeva 18-ci yeri tutub. Kirsted Karpenter-Yevgeni Krasnyak rəqs cütlüyü isə 12-ci mövqedə qərarlaşıb.

Xəbər lenti

Xəbər lenti