...

Futzal üzrə Çempionlar liqasının növbəti raundunda "Araz" İspaniyanın "Bumeranq" komandası ilə oynaya bilər

Cəmiyyət Materials 17 Oktyabr 2006 16:32 (UTC +04:00)

Futzal üzrə Çempionlar liqasının qalibi İspaniyanın "Bumeranq" komandası Avropa kubokunun elit raundu üzrə "Araz"ın rəqibi ola bilər. Kubok üzrə püşkatma oktyabrın 31-də olacaq.

Trend xəbər verir ki, bu mərhələdən ən güclü komandalar mübarizəyə qoşulacaq. Onların arasında turnirin ikiqat finalçısı Moskvanın "Dinamo" klubu, 2004-cü ilin qalibi "Akson-21" klubu və İspaniyanın "Mursiya" klubu var. Artıq məlumdur ki, elit raundda on altı klub iştirak edəcək, onlar dörd qrupa bölünəcək və dörd qalib finala düşəcək.

Xatırladaq ki, Xorvatiyada keçirilən seçmə mərhələsində "Araz" yerli "Split", Yunanıstanın "Afina" və İsveçin "Skovde" komandalarına qalib gəlib və ilk dəfə olaraq, Avropa kubokunun növbəti mərhələsinə vəsiqə qazanıb.

Xəbər lenti

Xəbər lenti