...

Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov moldovalı həmkarı ilə görüşəcək

Cəmiyyət Materials 26 Oktyabr 2006 16:05 (UTC +04:00)

Oktyabrın 26-dan Moldovanın maarif, gənclər və idman nazirinin müavini Valentin Krudunun başçılığı ilə nazirliyin nümayəndə heyətinin Bakıya səfəri başlayıb.

Azərbaycanın Gənclər və İdman Nazirliyinin mətbuat katibi Raqif Abbasovun Trend ə verdiyi xəbərə görə, qonaqların gəlişi çərçivəsində paytaxtda ayın sonunadək Moldova gəncləri günü keçiriləcək. Oktyabrın 26-dan isə nazir Azad Rəhimov moldovalı həmkarı ilə görüş keçirəcək, burada ikitərəfli münasibətlərin inkişafına, müxtəlif layihələrin həyata keçirilməsinə aid müxtəlif məsələlər və bir çox digər aspektlər müzakirə olunacaq.

Qeyd etmək lazımdır ki, bu ilin mart ayında iki ölkənin nazirlikləri artıq əməkdaşlıq haqqında müqavilə imzalayıblar. Burada yığmaların Pekindəki Olimpiadaya birgə hazırlığı, birgə təlim və məşqlərin təşkili və digər məsələlər öz əksini tapıb.

Xəbər lenti

Xəbər lenti