"Azadlıq" qəzeti noyabrın 2-də Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi qarşısında aksiya keçirməkdə israrlıdır. Bu barədə Trend ə adıçəkilən qəzetin redaksiyasından bildiriblər.
Qeyd edək ki, Bakı şəhər İcra Hakimiyyəti piketin keçirilməsinə icazə verməyib. Ancaq buna baxmayaraq noyabrın 2-də saat 14.00-da "Azadlıq" qəzetinin redaksiyasında Redaktorlar Birliyinin iclası keçiriləcək. İclasdan sonra saat 15.00-da Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi binası qarşısında aksiya keçiriləcək.
Onu da bildirək ki, aksiyanı keçirməkdə məqsəd adıçəkilən qəzet redaksiyasının Xaqani küçəsi, 33 ünvanda yerləşən binadan çıxarılması ilə bağlıdır.