...

Jurnalistlərin təxirə salınan piketi noyabrın 7-ə təyin olundu

Cəmiyyət Materials 2 Noyabr 2006 15:36 (UTC +04:00)

Bir qrup jurnalistin noyabrın 2-ə təyin etdiyi piket təxirə salınıb. Bu barədə Trend ə "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahid məlumat verib.

Qeyd edək ki, son zamanlar jurnalistlərə edilən təzyiqlər, "Azadlıq" qəzetinin yerləşdiyi binadan çıxarılması məsələlərinə etiraz olaraq jurnalistlər Prezident Aparatının və Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin binası qarşısında piketlər keçirməyi planlaşdırırlar. Lakin Bakı Şəhər İcra Hakimiyyəti noyabrın 2-nə təyin olunmuş piketlərin keçirilməsinə icazə verməyib.

Bu gün Redaktorlar Birliyinin toplantısı keçirilib və bu məsələ müzakirə olunub. Qəzet redaktorları, jurnalist qurumlarının rəhbərləri razılaşdırılmamış piketin kerilməsini məqsədəuyğun hesab etməyərək aksiyanın təxirə salınmasına qərar veriblər. Bu aksiyanın növbəti həftə, noyabrın 7-də saat 15.00-da Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin qarşısında keçirilməsi qərara alınıb.

Xəbər lenti

Xəbər lenti