...

Ağasəlim Mircavadov: "Qarabağ" futbol çempionatında qələbəyə əsas iddiaçıdır

Cəmiyyət Materials 10 Noyabr 2006 14:55 (UTC +04:00)

"Qarabağ" futbol üzrə ölkə çempionatının əsas favoritidir. Bu barədə "Xəzər" klubunun baş məşqçisi Ağasəlim Mircavadov 11-ci turun ev oyununda yetirmələrinin ağdamlılar üzərində 2:0 hesabı ilə qələbəsindən sonra bəyan edib.

Onun sözlərinə görə, meydança sahibləri bu qələbəni asanlıqla əldə etməyib. Bundan başqa, rəqib birincilikdə məğlubiyyətin acısını dadmamış yeganə komanda olaraq qalırdı. "Mən bu fikirdə əmin oldum ki, çempionatda "Qarabağ"ın gözəl qələbə seriyası təsadüfi deyil. Futbolçular yaxşı iş qabiliyyətinə malikdir və onlar son dəqiqəyədək meydançada mübarizə aparır. Buna görə də hesab edirəm ki, ağdamlılar birinciliyin qızıl medalına əsas iddiaçıdır", - deyə A.Mircavadov bildirib.

Qeyd etmək lazımdır ki, hazırda turnir cədvəlinə "Karvan" klubunu 3 xal qabaqlayan "Xəzər" başçılıq edir.

Xəbər lenti

Xəbər lenti