...

Bakıda medianın özünütənzimləməsi ilə bağlı beynəlxalq konfrans keçiriləcək

Cəmiyyət Materials 23 Noyabr 2006 15:37 (UTC +04:00)

Dekabr ayının ortalarında Bakıda medianın özünütənzimləməsi ilə bağlı beynəlxalq konfrans keçirilələcək. Bu barədə Trend ə Azərbaycan Mətbuat Şurasından məlumat verilib.

Mətbuat Şurasının təşkilatçılığı ilə baş tutacaq tədbirdə yerli mütəxəssislərlə yanaşı Avropadan, postsovet məkanı ölkələrindən 20-dək ekspertin, media mütəxəssisinin iştirakı gözlənilir. Konfrans iki gün davam edəcək.

Tədbirdə məqsəd mediada özünütənzimləməyə dair təcrübə mübadiləsi aparmaq, mətbuat-hakimiyyət, mətbuat ictimaiyyət münasibətlərinin həlli istiqamətində xarici ölkələrin təcrübəsinin daha təkmil surətdə tətbiqini təmin etməkdir. Konfransda Mətbuat Şurasının özünütənzimləmə sahəsində gördüyü işlər təhlil olunacaq, bunun təkmilləşdirilməsi yolları müzakirə predmetinə çevriləcək. Eyni zamanda bu qurumun fəaliyyəti əsasında postsovet məkanının formalaşmaqda olan müstəqil mətbuat şuraları üçün vahid modelin hazırlanması da planlaşdırılır.

Konfransda müzakirə ediləcək məsələlər içərisində Azərbaycanda və eləcə də dünyada söz və mətbuat azadlığının vəziyyəti, mövcud problemlər və onların həlli yolları da var.

Xəbər lenti

Xəbər lenti