...

Azərbaycanlı gimnast Anna Qurbanova Omskda keçirilən beynəlxalq turnirdə iki medal qazanıb

Cəmiyyət Materials 5 Dekabr 2006 16:00 (UTC +04:00)

Azərbaycanlı gimnast Anna Qurbanova Omskda (Rusiya) keçirilən beynəlxalq turnirdə iki - gümüş və bürünc medal qazanıb.

Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən Trend ə verilən məlumata görə, o, gürzlərlə finalda çıxış edərkən ikinci yeri tutub. Üçüncü yerə isə gimnastımız finalda topla kompozisiyanı yerinə yetirdikdən sonra layiq görülüb.

Çoxnövçülüyə gəlincə isə, Qurbanova şəxsi hesabda dördüncü olub. Bütün podiumu artıq rusiyalı gimnastlar Yevgeniya Kanayeva, Yana Seledçik və Olqa Stryuçkova tutub.

"Mən şadam ki, iki yarışma mənim üçün uğurla başa çatıb. Mən yenə də güclü rəqiblərlə rəqabət apara bildim, buna görə də iki dəfə şöhrət pilləsində dayanmaqla mükafatlandırıldım. Bu medal xəttini gələn il də davam etdirəcəyimə ümid edirəm", - deyə Anna Qurbanova qeyd edib.

Gələn mövsümün vacib olduğundan Azərbaycanın qrup tapşırıqları üzrə komandalarının məşqçiləri də bilir. Məlum olduğu kimi, 1 yanvar 2007-ci ildən gimnastlar 5 lentli tapşırıq əvəzinə 5 iplə çıxış edəcəklər. Bununla bağlı, Rusiyanın məşhur mütəxəssisi İrina Zenovka Bakıda olub və qrupda yeni tapşırıqları təyin edib.

"Biz əvvəlcə iplə tapşırığı müəyyən etdik və 3 qurşaq/4 gürzlə tapşırığı tamamilə yenilədik. Komandanın bütün qızları - Vəfa Hüseynova, Anna Bitiyeva, Valeriya Yeqay, Anastasiya Prasolova və Alina Tryopina, eləcə də ehtiyatda olan Səbinə Alxazova və Samirə Əliyevə yeniliyi tez mənimsədilər, halbuki o, lentdən daha az qəddardır.

Çənbər/gürzlərə gəlincə, bu kompozisiyaya mən müəyyən çətinliklər əlavə etdim. Mənim fikrimcə, onlar ifa zamanı daha çox cazibəlik və artistizm verəcək. Hər iki tapşırıqlar üçün milli musiqi seçilib. Azərbaycanın yaxşı və təcrübəli qrup komandası var. Komandanın müntəzəm heyəti və qələbəyə güclü iradəsi var. Komanda üçün 2007-ci ilin ən mühüm startı Yunanıstanda dünya çempionatı olacaq. Bu yarış həm də lisenziyalıdır. Mən çox ümid edirəm ki, komanda çoxnövçülükdə ilk onluğa düşə və Çində 2008-ci il Olimpiya oyunlarına vəsiqə qazana biləcəklər", - deyə rusiyalı mütəxəssis İ.Zenovka vurğulayıb.

Xəbər lenti

Xəbər lenti