...

Azərbaycanlı zəvvarları daşıyan ilk avtobus karvanı bu gecə Azərbaycan sərhədlərinə çatacaq

Cəmiyyət Materials 8 Yanvar 2007 14:58 (UTC +04:00)

Həccdən qayıdan azərbaycanlı zəvvarları daşıyan ilk avtobus karvanı bu gecə Azərbaycan sərhədlərinə çatacaq. Bu barədə Qafqaz Müsəlmanlar İdarəsindən (QMİ) Trend ə bildiriblər.

İdarədən bildiriblər ki, ikinci karvan sabah gözlənilir.

Ziyrətə hava yolu ilə getməyə üstünlük vermiş zəvvarların böyük hissəsi artıq müsəlmanların ikinci müqəddəs şəhəri Mədinədədirlər. Zəvvarlar olan ilk təyyarə keçən bazar Vətənə çatıb. Qalanları həftə ərzində çatacaq.

QMİ-dən bildiriblər ki, bütün zəvvarlar sağ və salamatdırlar, özlərini yaxşı hiss edirlər.

Xatırladaq ki, zəvvarlardan biri Məkkədə yolu keçərkən avtomobil onu vurmuşdur. 73 yaşlı zəvvar Məkkədə dəfn olunub.

Bu il Azərbaycana 4500 yer verilib, təxminən 700 yer zəvvarlar üçün ziyarətlər təşkil etmək üçün lisenziyası olan özəl turist şirkətlərinə ayrılıb.

Xəbər lenti

Xəbər lenti