...

"Yeni Müsavat" qəzetinin baş redaktoru: "Qəzetimizi itirməmək üçün müəyyən sayda oxucularımızı itirməyi daha üstün tuturuq"

Cəmiyyət Materials 16 Yanvar 2007 13:12 (UTC +04:00)

"Qəzetimizi itirməmək üçün müəyyən sayda oxucularımızı itirməyi daha üstün tuturuq". Bu fikirləri Trend ə açıqlamasında "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu bildirib.

Onun sözlərinə görə, bir sıra mühüm sahələrdə qiymətlərin bahalaşmasından sonra qəzetlərin də satış qiymətinin artırılması zərurəti yaranıb. R.Arifoğlu qeyd edib ki, "Yeni Müsavat"ın qiymətinin artırılması barədə redaksiyanın qərarı var. Lakin onlar qəzetin çapı ilə bağlı qurumların - nəşriyyatın, mətbəənin qərarını gözləyirlər: "Əgər nəşriyyat öz qiymətlərini artırsa, biz də analoji addım atmağa məcbur olacağıq. Bildiyimizə görə, artıq kağızın qiymətində artım var, ona görə bizim də qarşımıza yeni qiymətlər qoyulacaq. Qəzetimizi tamamilə itirməmək üçün qiyməti artıracağıq, baxmayaraq ki, bu, alıcıların sayını müəyyən qədər azaldacaq".

R.Arifoğlunun sözlərinə görə, digər gündəlik qəzetlər də qiyməti artırmaq qərarına gəliblər, lakin heç kəs birinci olaraq bu addımı atmaq istəmir.

Qeyd edək ki, bəzi mətbəə rəhbərləri də çap xərclərinin artdığını əsas gətirərək qəzetlərin çap qiymətini artıracaqlarını bildiriblər.

Xəbər lenti

Xəbər lenti