...

"Qarabağ" futbol klubu aparıcı müdafiəçini itirir

Cəmiyyət Materials 26 Yanvar 2007 14:25 (UTC +04:00)

Antalyadan təlim-məşq yığmasından dönən "Qarabağ" futbol klubu ölkə çempionatının ikinci dövrəsi ərəfəsində itkiyə məruz qalıb. Trend in ağdamlıların saytına istinadən verdiyi məlumata əsasən, qış fasiləsindən sonra ilk matçlarda komandanın aparıcı müdafiəçisi Azər Məmmədov iştirak edə bilməyəcək. "Sivaspor"la oyunda travma alan oyunçu qeyri-müəyyən müddətə komandanı tərk edib və hazırda UEFA-nın Tibb Komitəsinin üzvü Mehmet Binnet tərəfindən təyin edilmiş müalicə kursu keçir. A. Məmmədovun birinciliyin bir neçə matçlarını buraxacağı və bundan sonra komanda sıralarına qayıdacağı gözlənilir.

Eyni zamanda, ağır zədəyə görə uzunsürən fasilədən sonra komanda tərkibinə yenidən "Qarabağ"ın hücumuna itilik gətirəcək hücumcü yarımmüdafiəçi Qoqa Beraya dönüb.

Xəbər lenti

Xəbər lenti