...

BBC Azərbaycanda yeni layihələrin başlandığını bildirib

Cəmiyyət Materials 31 Yanvar 2007 13:12 (UTC +04:00)
BBC Azərbaycanda yeni layihələrin başlandığını bildirib

Azərbaycanda BBC radio xidməti dinləyicilərlə interaktiv rabitəni nəzərdə tutan yeni layihələrin başlandığını bildirib. Trend xəbər verir ki, bu barədə şirkətin Mərkəzi Asiya və Cənubi Qafqazda xidmət redaktoru Firdevs Robinson jurnalistlərlə görüşdə bildirib.

O qeyd edib ki, Azərbaycanın daxili qaydalarına əsasən BBC-nin yayımı öz tezliyi ilə məhdudlaşacaq və ona görə də özünü şəxsi dinləyicilərlə təmin etmək məqsədilə kanal Azərbaycandakı fəaliyyətini fəallaşdırmaq niyyətindədir. F.Robinson vurğulayıb ki, bu iş metodu Bi-Bi-Si xidmətləri tərəfindən Özbəkistan və Qırğızıstanda geniş şəkildə təcrübədən keçirilir.

Redaktor vurğulayıb ki, onlar proqramlarının yalnız Bakı ilə məhdudlaşmaması üçün ölkənin bütün bölgələrində yayıma icazə haqqında Azərbaycan hökuməti ilə razılaşmaq niyyətindədirlər.

F.Robinsonun sözlərinə görə, Azərbaycan informasiya mənbəyi və coğrafi yerləşmə, eləcə də enerji layihələri baxımından BBC üçün xüsusi maraq kəsb edir.

Xəbər lenti

Xəbər lenti