...

Gəncədə "Qadınların problemlərin həllində aktivliyi" mövzusunda seminar keçirilib

Cəmiyyət Materials 31 Yanvar 2007 15:12 (UTC +04:00)

Hazırda respublikaının regionlarında yaşayan qadınlar öz hüquqları barədə məlumatsızdırlar. Trendin Qərb Bürosunun venrdiyi məlumata görə bu fikirlər Gəncə Regional İnformasya Mərkəzində "Qadınların problemlərin həllində aktivliyi" mövzusunda keçirilən seminarda söylənilib.

Amerika Birləşmiş Ştatlarının Milli Demokratiya İnstitutu və Dilarə Əliyeva adına Qadınların Hüquqlarının Müdaiəsi Komitəsi tərəfində keçirilən treninqdə qadınların üzləşdiyi problemlərdən söhbət açılıb və problemlərin həlli yolları müzakirə olunub. Seminarda bildirilib ki, Azərbaycanda qadınlar ən çox ailə, məişət və hüquqi problemlərlə üzləşirlər. Seminarın aparıcısı Rəmiyyə Şabanovanın sözlərinə görə qadınlar daha çox məlumatsızlıqdan əziyyət çəkirlər. Və buna görə də bir sıra poblemlərlə üzləşirlər. "Biz bu günki seminarımıza QHT nümayəndələri, mədəniyyət işçilərini, pedaqoqları və s. qurumların nümayəndələini dəvət etmişik. Məqsədimiz odur ki, burda iştirak edən hər bir qadın əldə etdiyi bilgiləri digər qadınlara da çatdırsın" deyə R. Şabanova bildirdi.

Qeyd edək ki, Milli Demokratiya İnstitutu və Komitə tərəfindən respublikanın digər bölgələrində də belə seminarların təşkili planlaşıdrılır.

Xəbər lenti

Xəbər lenti