...

İsraildə yaşayan azərbaycanlı yəhudilər diaspor təşkilatı yaradır

Cəmiyyət Materials 16 Mart 2007 12:13 (UTC +04:00)
İsraildə yaşayan azərbaycanlı yəhudilər  diaspor təşkilatı yaradır

Azərbaycan, Bakı / Trend müxbir E. Hüseynli/ Yaxın vaxtlarda İsraildə yaşayan əslən Azərbaycandan olan yəhudilər "Aziz" Azərbaycan-İsrail diaspor təşkilatı yaradacaq. Bu barədə bu gün mətbuat konfransı keçirən Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş Üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov məlumat verib. İbrahimov bildirib ki, son statistik məlumata görə, İsraildə 100 minə yaxın Azərbaycandan getmiş yəhudilər yaşayır. Komitə də yəhudi diaspor təşkilatı ilə əməkdaşlığı gücləndirmək istiqamətində səylərini gücləndirib.

Xəbər lenti

Xəbər lenti