...

Dövlət ittihamçısı Azərbaycanın keçmiş səhiyyə nazirinə məhkəmədən 12 illik həbs cəzası tələb etdi

Cəmiyyət Materials 5 Aprel 2007 12:41 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Cavadova/ Cümə axşamı Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Məhkəməsində dövlət ittihamçısı Kamran Əliyev çıxış edərək keçmiş səhiyyə naziri Əli İnsanova 12 il həlbs cəzası tələb edib. Prokuror həmçinin İnsanovla birlikdə mühakimə olunan 10 nəfərə də cəza tələb edib. Belə ki, o, Səhiyyə Nazirliyinin Büdcədənkənar tibbi xidmət idarəsinin rəisi Vəkil Abbasova 4 il (şərti), Fəxrəddin Abbasova 8 il, Ə.İnsanovun bacısı oğlu Anar Namazova 8 il, Göz xəstəlikləri üzrə əlillərin respublika reabilitasiya mərkəzinin direktoru Pərviz Kazımova 8 il, "Passaj-Aptek" ASC-nin idarə heyətinin sədri Fuad Mahmudova 5 il (şərti), SN Əczaçılıq və tibbi texnika şöbəsinin mütəxəssisi Şövqi Cəfərova 5 il (şərti), Səhiyyə Nazirliyi Əczaçılıq və tibbi texnika şöbəsinin müdiri Akif Məhərrəmova 10 il (əmlakı müsadirə olunmaqla), Eldar Rzayevə 8 il, Əczaçılıq və tibbi texnika şöbəsinin mütəxəssisi Hacı Əliyevə isə 5 il (şərti), SN beynəlxalq əlaqələr şöbəsinin müdiri Aleksandr Umnyaşkinə 4 illik həbs cəzası tələb edib.

Adları çəkilən 10 təqsirləndirilən şəxs hazırda zamindədir. Əgər məhkəmə həmin şəxsləri azadlıqdan məhrumetmə cəzasına məhkum edərsə, həmin şəxslər məhkəmə zalındaca həbsə alınacaqlar.

Prokuror çıxışında məhkəmədən onu da tələb edib ki, Akif Məhərrəmovun mənzilində axtarış zamanı aşkar edilmiş 1.225.000 ABŞ dolları zərərin ödəlinməsinə yönəldilsin.

Fasilədən sonra vəkillər müdafiə çıxışı edəcəklər.

Xəbər lenti

Xəbər lenti