...

"Mozalan" yenidən qayıtdı

Cəmiyyət Materials 20 Aprel 2007 19:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 aprel /müx.Trendlife Eldar Hüseynzadə/ 20-ci əsrin ikinci yarısında "Mozalan" qısametrajlı yumoristik kinojurnalı xalq arasında çox məhşur idi. Onun filmləri təkcə Azərbaycanda deyil, həmçinin bütün keçmiş Sovet İttifaqında marağa səbəb olmuşdu. Lakin son illər ərzində bu jurnal, demək olar ki, işləməyib.

Bu gün Trendlife-da olan məlumata görə, bu yaxınlarda kinojurnalın rəhbərliyi dəyişdirilib, məşhur satirik-jurnalist Orxan Fikrətoğlu onun rəhbərliyinə gəlib. Bu gün isə təntənəli şəkildə yeni "Mozalan" təqdim olundu. Bu tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev də iştirak edib. "Mozalan" ənənəvi olan "Molla Nəsrəddin" jurnalının davamçısıdır. Ötkəm tənqid həmişə ictimaiyyətdə maraqla qarşılanıb. Mən həmişə istərdim ki, tənqid düzgün edilsin. Necə ki, bunu "Mozalan" edir" deyə Əbülfəs Qarayev vurğuladı.

Yeni "Mozalan"-ın Təqdimatına orda çəkilmiş aktyorlar - Coşqun Rəhimov, Rafael İsgəndərov və Qorxmaz Əlili də gəlmişdilər. Tədbirdə Dövlət Film Fondunun rəhbəri Cəmil Quliyev də iştirak edirdi.

Təqdimatda "Mozalan" -nın müxtəlif bölümləri nümayiş etdirildi, həmçinin çoxlu karikaturalar da təqdim olundu. Bir sözlə, "Mozalan" qayıtdı. Yeni güclə.

Xəbər lenti

Xəbər lenti