...

Bakının Rayon Polis İdarəsi əməkdaşının məhkəməsi təxirə salınıb

Cəmiyyət Materials 1 May 2007 13:25 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K Zərbalıyeva / Bu gün Ali Məhkəmədə hakim Zeyqəm Hüseynovun sədrliyi ilə Nizami Rayon Polis İdarəsinin 23-cü polis bölməsinin sabiq rəisi Müşfiq Mədətov, Fariz Məmmədov, Müşfiq Məmmədov, Müşfiq Səlifovun kassasiya şikayəti üzrə proses keçirilib. Ali Məhkəmədən çərşənbə axşamı bildirilib ki, dövlət ittihamçısı vəsatətlə çıxış edərək prosesin mayın 4-nə təxirə salınmasını xahiş edib. Prokurorun vəsatəti təmin edilib və məhkəmə prosesi təxirə salınıb.

Bir qrup hüquq müdafiəçisi Mədətovun işinin obyektiv araşdırılması üçün bu məsələnin nəzarətə götürülməsi xahişi ilə Ali Məhkəmənin sədri Ramiz Rzayevə müraciət edib. Cinayət Məcəlləsinin 149-cu (zorlama) və 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddələri ilə ittiham olunan Mədətov cəzaçəkmə müəssisələrinə kənardan gətirilən qızları zorlamaqda ittiham olunaraq məhkəmənin hökmü ilə 13 il azadlıqdan məhrum edilib. Apellyasiya Məhkəməsi onun cəzasını 11 ilə endirib.

.

Xəbər lenti

Xəbər lenti