...

"Avropa Şurası-ümumi miras" adlı sərgi hazırlanır

Cəmiyyət Materials 1 May 2007 14:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 may /müx. "TrendLife" E.Hüseynzadə/

May ayının 7-dən 10-na qədər "Abşeron" sərgi salonunda "Avropa Şurası-ümumi miras" adlı sərgi açılacaq. "TrendLife"ın verdiyi məlumuta görə, sərgi Gənclər və Turizm Nazirliyi tərəfindən keçiriləcək. Sərgi ildə bir və ya iki dəfə Avropa Şurasının təşəbbüsü ilə təşkil olunur. Sərgidə əsasən memarlıq və rəsm əsərləri nümayiş etdiriləcək. Ən yaxşı işlər isə Katalonidə (İspaniya) keçirilən beynəlxalq müsabiqəyə göndəriləcək. Qeyd edək ki, həmin müsabiqədə 20-dən çox ölkə nümayəndəsi iştirak edəcək. Sonda isə nümayiş olunan əsərləri əks etdirən xüsusi kataloq buraxılacaq.

Xəbər lenti

Xəbər lenti