...

"Made in Armenia" nişanlı məhsullar şəhər dükanlarının piştaxtalarında

Cəmiyyət Materials 11 May 2007 16:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 may /müx.Trendlife Qalina Məcidova/Azərbaycanın bazarlarında erməni məhsulları satışdadır. İnanmaq çətin də olsa bu belədir. Hələ üstəlik keyfiyyətsiz məhsullar. Bunlara misal olaraq "Fiqarolla" siqaretləri, "Yubiley" konyakları, qılıncvari tarlar, kofelər, "Arene" çaxırlarını misal göstərmək olar.

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Əyyub Hüseynovun verdiyi məlumuta görə, bu çaxırın üstündə Ermənistan və Dağlıq Qarabağın xəritəsi əks edilib. Əlbəttə, bu məhsulları kütləvi satışda görmək mümkün deyil, kiçik dükanlarda onları müşahidə etmək olar. Ancaq istisnalar da var. Məsələn, keçən il Şəmsi Bədəlbəyli küçəsində yeləşən dükanların biriində AİB-in əməkdaşları erməni kofesinin topdan satışını aşkar etmişdilər. Bu içki məhsulunu satışda gördükdən sonra dövlət strukturları həmin kofeni satışdan yığışdırdılar. Ekspertlərin rəyinə görə, erməni məhsulları bizə Gürcüstandan gəlir. Gürcüstanın bazarlarında belə məhsullar var və orda bizim rümayindələrə verilir, sonra Azərbaycana gətirilir. Yeri gəlmişkən, bu məhsulların istifadəsi çox təhlükəlidir. ABŞ-ın Federal bürosundan verilən məlumata görə, yemək məhsullarını izləyən həkimlər "Cermuk" mineral suyunun nə qədər təhlükəli olduğunu araşdırıblar. Belə ki, burda öldürücü zəhərin təsiri 500 dəfə çoxdur. Büronun nümayindələri elə hesab edirlər ki, "Cermuk" qəbul edəndən bir neçə saat sonra zəhərləndiyini hiss edirsən. Zəhərlənmə simptomu ürəkbulanma, qusma, diareya, mədə ağrısı və s şəklində üzə çıxır.

Amerikan agentliyinin verdiyi məlumata görə, bu su o dəqiqə böyrəklərə, ciyərə, dəriyə, ürəyə və əsəb sistemlərinə təsir edir. Hətta bu mineral suyun qəbulu xərçəng xəstəliyinə gətirib çıxara, sonra isə ölümlə nəticələnə bilər.

Xəbər lenti

Xəbər lenti