...

Prezidentin İcra Aparatının İşlər İdarəsinin sabiq müdirinin kassasiya şikayəti araşdırılacaq

Cəmiyyət Materials 15 May 2007 15:46 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K Zərbalıyeva / Prezidentin İcra Aparatının İşlər İdarəsinin sabiq müdiri Akif Muradverdiyevin kassasiya şikayəti üzrə iyunun 12-də Ali Məhkəmədə hakim Zeyqəm Hüseynovun sədrliyi ilə proses keçiriləcək. Bu barədə çərşənbə axşamı Ali Məhkəmədən məlumat verilib. Muradverdiyev kassasiya şikayətində barəsində çıxarılan hökmün ədalətsiz olduğunu bildirib və barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Muradverdiyev 6 il müddətinə azadlıqdan məhrum edilib. Muradverdiyev Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda dövlət əmlakını mənimsəmə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311-ci (rüşvət alma), 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur. Apellyasiya Məhkəməsi də birinci instansiyanın hökmünü qüvvədə saxlayıb.Onun barəsində Cinayət Məcəlləsinin 28.278 (hakimiyyəti zorla ələ keçirməyə cəhd) və 28. 220 (kütləvi iğtişaşa hazırlıq) maddələri ilə irəli sürülmüş ittiham üzrə başlanmış cinayət işinin istintaqı isə davam edir.

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Müalicə Müəssisəsində saxlanılan Muradverdiyevə beyin qan dövranının xroniki çatışmazlığı diaqnozu qoyulub və müvafiq təyinatlar aparılıb. Bir neçə gün öncə sabiq işlər müdiri ilə görüşən Azərbaycan İşgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudov Muradverdiyevin səhhətinin ağır olduğunu bildirib və onun əfv olunması üçün ölkə başçısına müraciət edib.

Xəbər lenti

Xəbər lenti