...

Məhkəmə sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin vəsatətini təmin etməyib

Cəmiyyət Materials 16 May 2007 18:30 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Cavadova/ Mayın 16-da Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Tofiq Paşayevin sədrliyi ilə sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin, onun qardaşı "Azpetrol" şirkətlər qrupunun prezidenti Rafiq Əliyevin və təqsirləndirilən daha 17 nəfərin məhkəməsinə hazırlıq iclası davam edib.

Keçmiş nazirin barəsindəki cinayət işinin icraatına xitam verilməsi ilə bağlı fasilədən əvvəl verdiyi vəsatət fasilədən sonra müzakirə edilib və məhkəmə vəsaiəitn təmin edilməməsinə dair qərar çıxarıb. Məhkəmə qərarı belə əsaslandırıb ki, hazırki mərhələ məhkəməyə hazırlıq iclası olduğuna görə, Fərhad Əliyevə verilmiş ittihamlar və sübutlar araşdırılmır və qiymətləndirilmir. Bütün bunlara məhkəmə baxışının nəticəsində qiymət veriləcək. Hazırda isə tərəflər məhkəmə baxışının keçirilib-keçirilməməsini müzakirə edir. Sonra hakim elan etdi ki, məhkəməyə hazırlıq iclası mayın 17-də saat 10:00-da davam edəcək.

Xəbər lenti

Xəbər lenti