...

Bakının məscidlərində əzanın səsgücləndirici ilə oxunması qadağan edildi

Cəmiyyət Materials 23 May 2007 18:25 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Qafqaz Müsəlmanları İdarəsi (QMİ) çərşənbə günü verdiyi qərarla Bakıda mikrofonla əzan oxunmasını qadağan edib. Bu barədə məlumat verən QMİ-nin mətbuat katibi Akif Ağayev bildirib ki, artıq cümə axşamından etibarən Bakıdakı bütün məscidlərdə əzan səsgücləndirici aparatların köməyi olmadan səsləndirilməlidir.

Belə bir qərar QMİ-yə daxil olan çoxsaylı müraciətlərə əsasən qəbul edilib. Ağayevin sözlərinə görə, məscidlərin yaxınlığında yaşayan əhalidən, xüsusən də yaşlı, xəstə olan adamlardan şikayətlər gəlib, onlar əzanın həddən artıq yüksək səslə səsləndirilməsindən narahatlıqlarını və narazılıqlarını bildiriblər. Həmçinin məscidlərin sayının çoxaldığını xatırladan Ağayev qeyd edib ki, bu da əhalinin əzanla bağlı narazılığının artmasına səbəb olub. QMİ nümayəndəsinin sözlərinə görə, İdarənin bu qərarı Bakı üçün mütləqdir, Azərbaycanın qalan bölgələri üçün isə sərbəst buraxılıb.

Xəbər lenti

Xəbər lenti