...

Vüqar Həşimov Kapablanka memorialında ikinci yerə çıxıb

Cəmiyyət Materials 25 May 2007 15:15 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Azərbaycanlı qrossmeyster Vüqar Həşimov Havanada keçirilən Kapablanka memorialında ikinci yerə çıxıb.

Yarışın altıncı turunda həmyerlimiz qara fiqurlarla kubalı Valter Aransebiyanı məğlub edib. Bu qələbə hesabına liderlər sırasına daxil olan Vüqar aktivindəki xalların sayını 3,5-ə çatdırıb. Qeyd edək ki, bu, onun turnirdəki ilk qələbəsidir.

Eyni nəticəyə kubalı Lenyor Dominqes də malikdir. Buna görə də əsas mübarizə hələ irəlidədir.

Həşimov üçün lider Vasili İvançuka çatmaq heç də asan olmayacaq. İvançuk ən yaxın izləyicilərindən 1,5 xal irəlidədir.

Xəbər lenti

Xəbər lenti