Azərbaycan, Bakı, 29 may /müx. " Vüqar İmanov/ Deyəsən estrada aləmi Elarizi bezdirib. O, səyasətçi olmaq qərarına gəlib. Elariz xanımı ilə birlikdə Fransada dincəlib. Cəmi bir həftə istirahət, bol-bol təəsuratlar. Müğənni "TrendLife" müxbirinə bildirib: "Siz təsəvvür edə bilməzsiniz, bu səyahətlə bağlı nə qədər təəsuratlarım var. Yəqin ki, ömrüm boyu mən bu qədər qəşəng yerdə olmamışdım. Hələ Parisi demirəm. Sadəcə deyə bilərəm ki, fantastik bir yerdir. Mən orada "Disneylend"də, Mona Lizanın yerləşdiyi Luvr Muzeyində oldum, Eyfel qülləsinə çıxdım, Versalı gördüm. Lüksemburq baxçası necə gözəl idi. Laura qalasına səyahət etdikdən sonra Leonardo da Vinçinin, Orleanın məzarına baş çəkdim. Sonra Vikont i de Çamord qalasını da ziyarət etdim. Bol-bol təəsuratlarım fransız qadınları ilə də bağlı oldu. Hansını ürəyin istəyir küçədən götür get. Sənin üçün lap hazır kinoulduzdurlar. O qədər gözəldirlər ki, deməyə söz tapmıram". Elariz parislilərin çox hörmətcil olmalarını dedi. Söylədi ki, sadəcə "Bonjur madam" və ya "Bonjur misyo" müraciət etmək kifayətdir, arxasını lap Azərbaycan dilində desən də olar. Hər soruşduğun şeyə məmnuniyyətlə cavab verəcəklər. Müğənni təəssüflə bildirdi ki, orada azərbaycanlılara rast gəlməyib. Amma orada türklərlə tanış olub və onlar müğənniyə Türkiyə və Fransada konsert proqramını təşkil etməyə söz veriblər.