...

ARDNŞ Gəncədə orta məktəblərin əsaslı təmirinə vəsait ayırıb

Cəmiyyət Materials 5 İyun 2007 13:05 (UTC +04:00)

Azərbaycan, Gəncə / Trend müxbir V.Məmmədov/ Gəncənin 23 və 6 saylı orta məktəblərinin əsaslı təmiri üçün Azərbaycan Dövlət Neft Şirkəti tərəfindən bir milyon manat vəsait ayrılıb. Bu barədə çərşənbə axşamı Gəncə şəhər Təhsil İdarəsinin rəisi Mahal Əliyev məlumat verib. Onun sözlərinə görə, həmin məktəblərə yeni texniki avadanlıqlar verilməklə yanaşı, istilik sistemləri də yenidən qurulacaq.

Əliyev bildirib ki, bu il Gəncədə səkkiz orta məktəbin təmiri nəzərdə tutulub. Artıq onlardan dördündə 23, 6, 5 və 41 saylı məktəblərdə təmir işlərinə başlanılıb.

Gəncə paytaxt Bakıdan 365 kilometr qərbdə yerləşir.

Xəbər lenti

Xəbər lenti