...

Təhsil naziri: "Bakının 30 məktəbəqədər təhsil müəssisəsi artıq özəlləşdirilib"

Cəmiyyət Materials 6 İyun 2007 18:37 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Bakı şəhərində olan 30 məktəbəqədər təhsil müəssisəsi (uşaq bağçaları) artıq özəlləşdirilib. Bu barədə Azərbaycanın təhsil naziri Misir Mərdanov çərşənbə günü açıqlama verib.

Nazir qeyd edib ki, özəlləşdirilən həmin bağçalar sentyabrdan dövlət məktəbəqədər təhsil müəssisəsi kimi də fəaliyyətə başlayacaqlar. Özəlləşdirilən bağçalarda təhsil haqqını isə onun sahibi özü müəyyənləşdirəcək. Nazir qeyd edib ki, bağçalar fəaliyyət istiqamətlərini dəyişməmək şərti ilə özəlləşdirilir.

Xəbər lenti

Xəbər lenti