...

Bəstəkarlar İttifaqının qurultayı… 17 ildən sonra

Cəmiyyət Materials 12 İyun 2007 14:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 iyun /müx.TrendLife Eldar Hüseynzadə/Maraqlıdır, görəsən, Azərbaycan Bəstəkarlar İttifaqınının sonuncu qurultayında fikirləşirdilər ki, qurultay bir də 17 ildən sonra olacaq? Çətin ki. Prinsipcə, zəmanə çox dəyişib. Yeri gəlmişkən, hansı bəstəkardan soruşursan, hamısı eyni cavabı verir. Hamı deyir ki, keçid dövrüdür, müharibə idi. Məyər 1990-cı illərin vəziyyəti İkinci dünya müharibəsinin vəziyyətindən çətin idi?. Axı o vaxtlar da Azərbaycan musiqisinin ilk dekadası keçirilirdi. Hər şey asan idi?

Nə isə, nə olub-olub. Qurultaya hazırlıq uzun və ciddi keçirdi. Bəstəkarlar İttifaqında qış ayından əsərlər seçilir. Məhz buna görə də tədbirin proqramı müxtəlif oldu. İyunun 11-də sayca 8-ci olan Qurultay öz işinə başladı. Filarmoniiyada qurultayın təntənəli açılışı oldu və bütün bəstəkarlar ora yığışmışdılar. Görün, konsertdən əvvəl bəstəkar İlham Abdullayev bizə nələri söylədi: "Müxtəlif ölkələrdən çoxlu qonaqlar gəlib. Fikirləşirəm ki, tədbir yüksək səviyyədə keçəcək. Nəticələr isə məlum olduqdan sonra inanıram ki, hər şey Azərbaycan musiqisinin inkişafına böyük kömək olacaq."

Bəstəkarlar İttifaqının məsul katibi Lalə Hüseynova konsertin hazırlığına başçılıq edirdi. Əlbəttə, biz onun bu barədə fikrini öyrənməyə bilməzdik:

"Bu, çox əlamətdar hadisədir və qurultay yüksək səviyyədə keçirilir. Demək kifayətdir ki, Orta Asiyadan, Ukraynadan, Türkiyədən, İrandan qonaqlar gəlib. Çoxlu musiqilər səslənəcək. Düşünürəm ki, tamaşaçılar buna görə bizi bağışlayarlar. Çoxları öz əsərlərini göstərmək istəyir. Burda həm də kamera, simfoniya, xor musiqisi olacaq. Biz yeni "Kontempo" müasir ansamblını görəcəyik. Yəni qurultayda müxtəlif səpgili musiqilər olacaq. Gələcəkdə bizim musiqini dircəltmək üçün mütləq yeni adlar peyda olacaq. Mən belə düşünürəm ki, Bəstəkarlar ittifaqının sədri elə bir insan seçilməlidir ki, o, nəinki Azərbaycanda, xaricdə də tanınmış olsun. Belə ki, orda keçirilən festivallarda , forumlarda vətənimizi, Azərbaycan musqisini yüksək səviyyədə təbliğ etsin. Bu elə ad olmalıdır ki, onun adını çəkəndə utanmayaq".

Firəngiz Əlizadə jurnalistlər arasında ən tanınmış şəxsdir. Hər kəs bu tədbir haqqında onun fikrini bilmək istəyirdi. TrendLife müxbirinə onunla birinci danışmaq nəsib oldu. "Biz hamımız bu qurultayı çoxdan gözləyirdik. Bildiyiniz kimi qurultayın gecikməyi bizdən asılı olan bir vəziyyət deyildir. Müharibə idi, çevriliş, komendant saatı və s. Nəhayət ki, bu gün qurultay təşkil olundu. Və biz buna çox sevinirik. Çoxlu konsertlər gözlənilir. Bəstəkarlar ittifaqının üzvlərindən tutmuş müxtəlif yaşda olan bəstəkarların əsərləri səslənəcək. Mən çox sevinrəm ki, bizim bəstəkarlar heç nəyə baxmayaraq həmişə musiqilər yazırdılar. Bizim hər şey yadımızdadır. Milli musiqimizin ilk dekadası ikinci dünya müharibəsi dövründə təşkil olunmuşdu. Hələ onda gənc olan Qara Qarayev, Cövdət Hacıyev, Fikrət Əmirov özlərinin ilk əsərlərini göstərmişdilər. Biz də belə bir ənənəyə sadiq qalmaq istəyirik".

Qurultayın sevincini bizimlə xalq artisti Sevda İbrahimova da bölüşdü: "Qulutay çox sevindirici haldır. Bizim üçün, bəstəkarlar üçün bu qurultayın keçirilməsi vacibdir. Tamaşaçılar biləcəklər ki, son illərdə nə qədər musiqi əsərləri yazılıb. Bəstəkar üçün öz əsərini eşitmək vacibdir. Bundan əlavə, mən nanmıram ki, Azərbaycan musiqisinin səviyyəsi son illər aşağı enib. Bizim bəstəkarlar işləyir, çoxlu uğur qazanırlar, Azərbaycan bəstəkarının əsərləri xaricdə eşidilir".

Bir neçə kəlmə TrendLife-a mədəniyyət və turizm naziri Əbülfəz Qarayev söylədi: "Bu, artıq Bəstəkarlar İttifaqının 8-ci qurultayıdır. Hesab edirəm ki, qurultayı 15 ildən bir keçirmək düzgün deyil. Vaxtında keçirilməlidir. Və keçirilən qurultay hesabat xarakteri daşımamalıdır. Mənim fikrimcə, qurultay görülən işin göstəricisidir. Hazırlanan tədbir maraqlı olmalıdır. Belə hesab edirəm ki, ittifaqın əsas işi ondan ibarət olmalıdır ki, tezliklə Azərbaycan musiqisini yüksək səviyyəyə qaldırsın".

Açılışda həqiqətən də qonaqlar çox idi. Bəstəkarlar ittifaqının işində dəyişikliklərə ehtiyac var idi. İrəliləyiş lazımdır. Hamı da bunu başa düşür və səbirsizliklə Azərbaycan musiqisində yüksəliş gözləyir. Konserti mədəniyyət və turizm naziri Əbülfəz Qarayev və Bəstəkarlar İttifaqının birinci katibi Ramiz Zöhrabov açdı. Açılışdan sonra çoxdan gözlənlən musiqilər səsləndi. Bakıda caz fetivalı ilə yanaşı klassik musiqi bayramı da oldu. Kim bunlardan sonra deyə bilər ki, bizim şəhərimizdə mədəni həyat aşağı səviyyədədir.

Xəbər lenti

Xəbər lenti