...

Dövlət Təbiət Qoruğuna qanunsuz daxil olanlar hüquq-mühafizə orqanları tərəfindən zərərsizləşdirilib

Cəmiyyət Materials 19 İyun 2007 13:48 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) və İsmayıllı rayon polis şöbəsinin əməkdaşlarının birgə əməliyyatı nəticəsində İsmayıllı Dövlət Təbiət Qoruğunun "Buynuz" adlanan xidməti ərazisinə qanunsuz daxil olan bir neçə vətəndaş zərərsizləşdirilib. ETSN-nin mətbuat xidmətindən çərşənbə axşamı bildiriblər ki, özünü Yaponiya-Azərbaycan Dostluq Cəmiyyətinin prezidenti kimi təqdim edən Rəhman Eldar oğlu Şahhüseynli və onunla birgə digər 10 nəfər şəxs AZ 10 GN 063 dövlət nömrə nişanlı "Ford" markalı mikroavtobusla qoruğa daxil olmağa cəhd göstəriblər. Ərazinin mühafizəçisi onlara qoruğa girməyin qadağan olduğunu bildirsə də, buna məhəl qoymayan vətəndaş ətrafındakı şəxslərlə qoruğun hasarını dağıdıb və sərhəd xəttini təşkil edən xəndəyi dolduraraq qorunan əraziyə daxil olublar. Qanunlara tabe olmayan şəxslər muqavimət göstərərək qoruq işçilərini təhqir edib, onları ərazidə yanğın törətməklə hədələyiblər.

Qanuna zidd əməllərin qarşısının alınması məqsədilə qoruq rəhbərliyi tərəfindən İsmayıllı rayon Polis Şöbəsinə müraciət olunub. Hadisə yerinə İsmayıllı rayon polis şöbəsi əməkdaşları və əməliyyat qrupu göndərilib. Yalnız bundan sonra vətəndaş barədə qanuna müvafiq qaydada akt və protokol tərtib olunub, sənədlər hüquq-mühafizə orqanlarına təqdim edilib.

Azərbaycanın qüvvədə olan mövcud qanunvericiliyinin tələblərinə əsasən, qoruqların ərazisinə yalnız xüsusi icazə əsasında elmi-tədqiqat işlərinin aparılması məqsədilə daxil olmaq mümkündür.

Azərbaycanda İsmayıllı, Göy-göl, İlisu, Zaqatala, Qarayazı Dövlət Təbiət Qoruqları mövcuddur.

Xəbər lenti

Xəbər lenti