...

Rəncbərlilərin iddiası üzrə proses baş tutmayıb

Cəmiyyət Materials 19 İyun 2007 17:44 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Hacıqabul rayon məhkəməsində Rəncbər kənd sakinlərinin BP Azərbaycan şirkəti, Dövlət Neft Şirkəti və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə qarşı iddiası üzrə iyunun 25-də qərar qəbul olunacaq. Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov Trend ə bildirib ki, bu günə təyin olunmuş prosesə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin nümayəndəsi gəlmədiyindən proses təxirə salınıb. İyunun 25-də məhkəmə prosesi davam etdiriləcək və yekun qərar qəbul olunacaq.

Rəncbər kənd sakinləri Bakı-Supsa və Bakı-Novorossiysk neft kəmərlərinin operatoru BP şirkətini 10 ildən artıq bir vaxt ərzində 7200 nəfərdən artıq torpaq mülkiyyətçisinə onlara məxsus olan torpaqlardan istifadə etməyə imkan verməməkdə günahlandırır.

Həmin torpaq sahələrindən adıçəkilən neft kəmərləri keçir. Bunun müqabilində torpaq mulkiyyətçilərinə kompensasiya verilməyib. Bu muddət ərzində mulkiyyətçilər torpaq sahələrindən istifadə edə bilməyiblər.

İddiaçılar onlara kompensassiya verilməsini və vurulmuş ziyanın ödənilməsini tələb edirlər.

Məhkəmə 15 nəfər mulkiyyətçinin iddiası əsasında keçirilsə də, bu məsələ üzrə zərərçəkənlərin sayının 7200 nəfərdən artıq olduğu bildirilir.

Xəbər lenti

Xəbər lenti