...

2025-ci ilədək Azərbaycan əhalisinin beşdə bir hissəsinin yaşı 65-dən çox olacaq

Cəmiyyət Materials 20 İyun 2007 16:44 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend K.Ramazanova/ 2025-ci ilədək Şərqi Avropa və keçmiş SSRİ-nin doqquz ölkəsində, o cümlədən Azərbaycanda əhalinin beşdə bir hissəsinin yaşı 65-dən çox olacaq. Bu barədə Dünya Bankının hesabatında bildirilir.

Hesabata əsasən, Şərqi Avropa və postsovet ölkələri (təxminən 28 ölkə nəzərdə tutulur) sürətli qocalma təhlükəsi ilə üz-üzədir. Əgər səhiyyə və pensiya sahəsində lazımi tədbirlər görülməsə, bu amil iqtisadi böhrana səbəb olacaq.

Xəbər lenti

Xəbər lenti