...

Azərbaycanda Dini Konsepsiya hazırlanır

Cəmiyyət Materials 29 İyun 2007 13:39 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Azərbaycanda Dini Konsepsiya hazırlanır və yaxın bir-iki ay ərzində ekspertlərin işi yekunlaşacaq. Bu barədə cümə günü keçirdiyi mətbuat konfransında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov məlumat verib. Onun sözlərinə görə, konsepsiyanın əsas müddəaları Azərbaycanın demokratik qanunvericilik bazası və ölkənin qoşulduğu beynəlxalq konvensiyalar əsasında formalaşdırılıb.

Azərbaycanda vəhabilərin fəaliyyətinə toxunan Orucov bildirib ki, bu təriqətə xidmət edənlər daha çox "Cümə" məcsidinə yığışırlar. Komitə sədri hesab edir ki, vəhabilərin fəaliyyəti cəmiyyətə mane olmamalıdır, zərərli tendensiyaya imkan verməməlidir.

Xəbər lenti

Xəbər lenti