...

ORT və STV-nin Azərbaycanda yayımının dayandırılması qərarı qüvvədə saxlanıldı

Cəmiyyət Materials 9 İyul 2007 16:46 (UTC +04:00)
ORT və STV-nin Azərbaycanda yayımının dayandırılması qərarı qüvvədə saxlanıldı

Trend-i buradan izləyin

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclasında Azərbaycanda xarici telekanalların milli tezliklərdə yayımının dayandırılması ilə bağlı məsələ müzakirə edilib. İyulun 11-dən Rusiyanın ORT telekanalının Azərbaycanın milli tezliklərində yayımının dayandırılması barədə qərar çıxarılıb. Həmçinin Türkiyənin "Samanyolu" (STV) telekanalının yayımlandığı tezliyə müsabiqənin elan olunmasına da qərar verilib. Müsabiqə müddəti başa çatanadək STV-nin yayımının davam etdirilməsi məqsədəuyğun hesab edilib.

İclasda Şura üzvləri təəssüflə qeyd ediblər ki, kifayət qədər vaxt keçməsinə baxmayaraq, Azərbaycan və Rusiya telekanallarının qarşılıqlı yayımı ilə bağlı aparılan hökumətlərlarası danışıqlar bu günədək başa çatdırılmayıb. Teleradio şurası bu danışıqların getdiyini nəzərə alaraq, Rusiyanın "RTR-Planeta" kanalının Azərbaycana məxsus tezliklərdə yayımının bir daha uzadılmasına qərar verdi.

Nəzərdə tutulan müddətdə Azərbaycan Televiziyasının Rusiya ərazisində yayımı təmin olunmasa, "RTR-Planeta"nın Azərbaycanda yayımının dayandırılması məsələsinə baxılacaq.

MTRŞ-nın yanvarda çıxarılan qərarına əsasən, iyulun 10-dan etibarən STV , ORT və RTR-in Azərbaycanda yerli tezliklərdə yayımın dayandırılalıdır.

Xəbər lenti

Xəbər lenti