...

Müğənni Yeganə: "Bülənt Ərsoy Çeliklə mənə xeyir-dua verməlidir"

Cəmiyyət Materials 16 İyul 2007 17:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 iyul /müx.TrendLife Əli Dərviş/Gənc estrada müğənnisi Yeganə türk pop-ulduzu Çeliklə olan duetinə görə çox məşhurlaşdı. Birgə yaradıcılıq fəalliyyəti ilə məşğul olan müğənnilər bir neçə layihəni reallaşdırıblar. Müğənni mahnı məşqləri zamanı Çeliklə bir neçə gün romantik ab-havada olub. "Bizim xalq hər şeylə maraqlanandır. Həmişə belə söhbətlər gedir ki, guya Çelik məni dəlicəsinə sevir. Lakin o, özü bunu rəsmi söyləməyib. Kişilər hər yerdə eynidirlər. Hansısa hərəkət etməyə qərar verə bilmirlər. Məni də asanlıqla ələ almaq mümkün deyil. Burda başqa bir sual da ortaya çıxır. Mənim valideynlərim türklə ailə qurmağıma razı olacaqlar, ya yox?. Hərçənd fikirləşirəm ki, əgər aramızda güclü sevgi olsa, bunlar hamısı düzələr. Ürəyə sakit durmağı əmr etmək olmaz!". Son vaxtlar müğənni çox tez-tez Bakı-İstanbul istiqamətlərində səfər edir. Müğənninin açıqlamalarına görə, Türkiyədə yeni layhələr hazırlayır. Türkiyə KİV-nin verdiyi məlumatalara görə, Yeganəni son vaxtlar məhşur türk müğənnisi Adnan Şənsəs və Çeliklə bir yerdə görürlər. Görünür, doğrudan da, sevgidə sərhəd olmur! Müğənninin dediklərinə görə, Türkiyədə müxtəlif verilişlərdə və musiqi festivallarında iştirak edib. "Orda məni böyük sevgi ilə qarşılayırlar. Mən orda bir şeyin də şahidi oldum. Heç bir müğənni türk estradasının divası sayılan Bülənt Ərsoyun xeyir-duası olmadan professional səhnəyə çıxa bilməz. Hətta başqa ölkədən olanlar belə onun icazəsi olmadan səhnədə çıxış edə bilməz. Mən inanıram ki, əgər bizim korifeylərimiz məni beşlə qiymətləndirirsə, türk estaradasının divası Bülənt Ərsoy mütləq öz qanadları altına çəkəcək. Qısası, Bülənt xanım mənimlə Çelikə xeyir-dua verməlidir".

Xəbər lenti

Xəbər lenti