...

"Nota Bene" qəzetinin həbsdə olan əməkdaşı müayinə olunmaq üçün Müalicə Müəssisəsinə köçürülməkdən imtina edib

Cəmiyyət Materials 8 Avqust 2007 17:07 (UTC +04:00)

Azərbaycan,Bakı/ Trend , müxbir K. Zərbalıyeva/ "Nota Bene" qəzetinin həbsdə olan əməkdaşı Fərəməz Novruzoğlu (Allahverdiyev) müayinə olunmaq üçün Müalicə Müəssisəsinə köçürülməkdən imtina edib. Ədliyyə Nazirliyinin Səhiyyə İdarəsinin rəisi Rəfael Mehdiyev çərşənbə günü Trend ə bildirib ki, Novruzoğlu azadlıqda olarkən cərrahiyyə əməliyyatı keçirib. Əməliyyat olunduğu nahiyəsində su yığıldığından səhhətində müəyyən problem yaranıb. Jurnalistin səhhəti ilə bağlı ciddi problemi olmadığını deyən idarə rəisinin sözlərinə görə, Allahverdiyev özünü kafi hiss edir. Ona müayinə olunmaq üçün Müalicə Müəssisəsinə köçürülməsi təklif olunsa da Allahverdiyev bundan imtina edib.

İşgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudov bu gün Allahverdiyevlə görüşüb. Behbudovun sözlərinə görə, Allahverdiyev bağırsağında çürümə getdiyini və Müalicə Müəssisdəsinə köçürülməkdən imtina etdiyini bildirib. Behbudovun sözlərinə görə, allahverdiyev qanunsuz həbsindən və məhkəmələrin ədalətsizliyindən şikayətlənib.

Qızıldaş qəsəbəsindəki 14 saylı cəzaçəkmə müəssisəsində saxlanılan Allahverdiyev Daxili İşlər naziri Ramil Usubovun və Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun Cinaytə Məcəlləsinin 147-ci (böhtan), 148-ci (təhqir) maddələri ilə xüsusi ittiham üzrə qaldırdıqları iddia ilə bağlı Nərimanov rayon məhkəməsinin 30 yanvar 2007-ci il tarixli hökmü ilə həbs olunub. Apellyasiya Məhkəməsi hökmdən verilən apellyasiya şikayətini təmin etməyib və Nərimanov rayon məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Xəbər lenti

Xəbər lenti