...

Vüqar Həşimov "Arctic Challenge"də üçüncü yerə çıxıb

Cəmiyyət Materials 11 Avqust 2007 13:02 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Azərbaycanlı qrossmeyster Vüqar Həşimov Trömsedə (Norveç) davam edən "Arctic Challenge"də üçüncü yerə çıxıb.

Trend in xəbərinə görə, yeddinci turda şahmatçı norveçli Hnas Olan Xanlumu məğlub edib və liderlərə yaxınlaşıb. Hazırda Vüqarın aktivində 5,5 xal var və ikinci yerdə gedən Aleksandr Moisenkodan 0,5 xal geri qalır.

Yarışın lideri isə yenidən norveçli Çetin Lidir. O, ötən gün Aleksandr Mixaylevskini məğlub edib .

Qeyd edək ki, Vüqar turnirdə kifayət qədər yaxşı çıxış edir. Dörd görüşü udan şahmatçımız turnirin əsas mükafatına iddialıdır. Yarışın ümumi mükafat fondu isə 11.50 min avroya bərabərdir.

Xəbər lenti

Xəbər lenti