...

Müğənni Röya aktyor Rasim Balayevin məşuqəsi olmaq arzusunda olub

Cəmiyyət Materials 15 Avqust 2007 11:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 avqust / "TrendLife" , müxbir Vüqar İmanov/ Sizlərdən kim uşaqlıqda nağıl sevməyib? Kitab, kino, cizgi filmi qəhrəmanları bizlər üçün həmişə əziz olub. Həmişə istəmişik ki, onlara bənzəyək. Deyirlər ki, yaxşı qızlar hər zaman ağ atlı şəhzadəni, pis qızlar isə qara "mersedesli" milyoneri gözləyir. Öz uşaqlıq arzusunu müğənni Röya "TrendLife"a söylədi: "Uşaq vaxtı arzulayırdım ki, böyüyəndə Rasim Balayevin, ya da romantik aktyor Rafael Dadaşovun məşuqəsi olum". Roya artıq böyüyüb, estradada tanınmış "pis qız" olub. Onun arzuları isə yəqin ki, arzu olaraq qalacaq. İndi isə Röyanı Sərdar Örtacla iş birliyi gözləyir. Həyat qurmağa isə hazırlaşmır. Onun sözlərinə görə, oğlan dostu ilə arası dəyib. Hələlik isə təsəllini dostu Samir Cavadzadənin qolları arasında tapır.

Xəbər lenti

Xəbər lenti