...

Yunan-Roma güləşi üzrə Azərbaycan yığması Pekindəki mundialda ikinci yeri tutur

Cəmiyyət Materials 22 Avqust 2007 15:51 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir Z.Səfərov/ Azərbaycanın yunan-Roma güləşi üzrə yığması Pekində gənclər arasında keçirilən dünya birinciliyinin ilk yarış gününün nəticələrinə əsasən, ümumi hesabda ikinci yeri tutur.

Trend in xəbərinə görə, Elvin Mürsəliyev ( 74 kq) və Qədir Süleymanovun ( 50 kq) qazandıqları iki gümüş medal hesabına komandamız 18 xal yığıb. Yığmamız 2 xal fərqilə üçüncü yerdə olan Ukraynanı qabaqlayır. Pəhləvanlarımız həmçinin İran, Ermənistan, Qazaxıstan, ABŞ, Çin, Qırğızıstan, Cənubi Koreya və digər dövlətlərin nümayəndələrini qabaqlayırlar. Yığmamız müvafiq göstəriciləri artırmaq üçün şanslara malikdir. İş ondadır ki, liderlik edən Rusiyadan xal fərqi o qədər də böyük deyil. Söhbət cəmi beş xaldan gedir.

Mundialın nəticələrinə əsasən, bəzi güləşçilər sentyabrda Bakıda keçiriləcək lisenziya xarakterli mundiala hazırlaşan yığmaya daxil edilə bilərlər.

Xəbər lenti

Xəbər lenti